HƏMAS: Smotriçin Qəzzada soyqırım etirafı özlərini biabır etdi

Həmas rəsmisi İsrail maliyyə nazirinin Qəzza zolağında soyqırımı etiraf etməsini özləri üçün böyük biabırçılıq olduğunu deyib.
İRNA-nın verdiyi məlumata görə, İzzət Ərrişq bu gün (9 avqust) Bezazel Smotriçin “Qəzza xalqının aclıq çəkməsinin ədalətli və əxlaqi bir rəftardır” ifadəsinə reaksiya bildirərək deyib: Bu sözlərə əsasən, sionist rejimin Qəzzə soyqırımı siyasətini əvvəlcədən planlaşdırdığı meydana çıxır.
İzzət Ərrişeq deyib: Biz adətən cinayətkarların öz cinayətlərini ört-basdır etdiklərini görmüşük, amma indi onu açıq-aşkar açıq şəkildə etiraf edən düşmənlə qarşı-qarşıyayıq.
Həmas rəsmisi Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokurorundan soyqırımı təbliğ edən və dəstəkləyən bu terrorçunun həbsinə order verilməsini, onun neonasist dəstəsinin mühakimə olunmasını tələb edib.