HƏMAS sözçüsü Qəzza ilə bağlı razılaşmaya hazır olduqlarını açıqlayıb

HƏMAS sözçüsü Qəzza ilə bağlı razılaşmaya hazır olduqlarını açıqlayıb

HƏMAS Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazır olduğunu təsdiqləyib və hazırda İsrail tərəfinin addımını gözləyir.

APA xəbər verir ki, məsələ ilə bağlı hərəkatın liderlərindən olan Abdel Rəhman Şədid “əl-Cəzira” telekanalına məlumat verib.

“HƏMAS israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı sazişə hazırdır və artıq bununla bağlı təklifini təqdim edib. Lakin İsrail danışıqların uğuruna mane olur”, – Şədid bildirib.

Hərəkat həmçinin İsraillə razılaşma çərçivəsində Qəzza zolağında 5 illik atəşkəs tələb etdiyini rəsmən təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =