HƏMAS Uitkoffun atəşkəs planını qəbul etməyib

HƏMAS Uitkoffun atəşkəs planını qəbul etməyib

HƏMAS hərəkatı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Qəzza zolağında atəşkəslə bağlı yeni təklifini qəbul etməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə BBC agentliyi HƏMAS nümayəndəsinə istinadən məlumat yayıb.

HƏMAS nümayəndəsi bəyan edib ki, fələstinlilər Stiven Uitkofun təklif etdiyi və Təl-Əvivin də qəbul etdiyi atəşkəs planı ilə razılaşmayacaqlar, çünki bu, HƏMAS-ın əsas tələblərinə, o cümlədən müharibənin dayandırılması tələbinə cavab vermir.

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və HƏMAS-a Qəzza zolağında atəşkəs və girov mübadiləsinə dair yenilənmiş planı təqdim edib. Təklif çərçivəsində 45-60 günlük atəşkəs müqabilində azı 10 israilli girovun və bir qrup fələstinli məhbusun azad edilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =