HƏMAS: Yeni mərhələyə başlamışıq

HƏMAS-ın Livandakı nümayəndəsi açıqlamasında Qəzzə zolağında atəşkəs razılaşmasının əldə olunmasını xalqın mətanəti və Fələstin müqavimətinin nəticəsi adlandırıb.
“Əl-Mayadin” telekanalına müsahibəsində HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi bildirib: “Müqavimət və onu dəstəkləyən xalqın əfsanəvi səbri olmasaydı, bu qələbə əldə olunmazdı.”
“Bu böyük nailiyyət hər mənada nailiyyətdir və biz davam edəcək yeni mərhələyə başlamışıq” – deyə, o, əlavə edib.
Əbdül Hadi deyib: “Müqavimət öz xalqı ilə birlikdə Əl-Əqsa Tufanı döyüşünün strateji nailiyyətləri əsasında yeni dövrün əsaslarını quracaq.”