“HƏMAS”ın məhv etdiyi sionistlərin sayı durmadan artır…
Fələstinin “HƏMAS” Müqavimət Hərəkatının hücumları nəticəsində məhv edilən sionistlərin sayı 950 civarındadır. Daha 2 616 sionist isə yaralanıb.Bu haqda işğalçı İsrail rejiminin Müdafiə Qüvvələri məlumat yayıb.
Qeyd edək ki, işğalçı İsrail rejiminin heç bir səbəb olmadan tez-tez Əqsa-Məscidi və digər məkanlara basqınlar etməsindən, mülki Fələstin əhalisini qətlə yetirməsindən sonra, 7 oktyabrda Fələstin Müqavimət Qüvvələri “Qüds Tufanı” əməliyyatına start verib. Sionist işğalçılara qarşı başladılan bu əməliyyatda Qəzza zolağından İsrailin işğalı altında olan ərazilərə azı 4,5 min raket atılıb. Müqavimət Qüvvələri sionistlərin bütün müdafiə xətlərini yararaq sionist rejimin daxilinə nüfuz edib və çox sayda hərbçini əsir alıb.
İşğalçı İsrail ordusu “müharibə vəziyyəti” elan edib.
Bütün dünyada Mossadın bu ağır məğlubiyyəti gündəm olub.