“HƏMAS”ın nümayəndə heyəti Qahirədə Misir kəşfiyyatının rəhbəri ilə görüşüb

“HƏMAS”ın nümayəndə heyəti Qahirədə Misir kəşfiyyatının rəhbəri ilə görüşüb

Fələstinin “HƏMAS” hərəkatının nümayəndə heyəti Qahirədə Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə görüşüb.

Bu barədə hərəkatın rəsmi “Telegram” kanalında bildirilib.

Məlumata əsasən, nümayəndə heyəti Abbas Kamel ilə görüşdə hələ də Qəzza zolağında atəşkəsin əldə oluna biləcəyi əsas prinsiplərə sadiq qaldıqlarını təsdiqləyib.

Hərəkatın əsas şərtləri “tam atəşkəs, İsrail hərbçilərinin Qəzza zolağından çıxarılması, məcburi köçkünlərin öz yaşayış yerlərinə maneəsiz qayıtması, xalqımıza humanitar yardımın çatdırılmasının təmin edilməsi, anklavın yenidən qurulmasının başlaması, eləcə də Qəzzada saxlanılan israilli girovlar müqabilində fələstinli məhbusların azad ediləcəyi məhbus mübadiləsi razılşmasının tamamlanmasldlr”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − seven =