Herş: Netanyahu HƏMAS-ın İsrailə hücum hazırladığını əvvəlcədən bilirdi

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin Həmas hərəkatının İsrail ərazisinə hücum hazırladığını əvvəlcədən bilirdi.
TASS-ın verdiyi məlumata görə, bunu amerikalı publisist, Pulitser mükafatı laureatı Seymur Herş mənbələrə istinadən bildirib.
“Bu həftə məlumatlı bir İsrail rəsmisi mənə Netanhunun 8200 vahidinin qiymətləndirməsini “gördüyünü və oxuduğunu” söylədi”. Söhbət 7 oktyabr hadisələrindən xeyli əvvəl HƏMAS-ın İsrail ərazisinə hücuma hazırlaşdığını aşkar edən İsrail kəşfiyyatı 8200-ün məlumatlarından gedir. Bununla belə, The New York Times bu məlumatın Netanyahunun diqqətinə çatdırıldığına dair heç bir əminlik olmadığını bildirir.