Hersoqun iddiası: Hizbullah komandirləri oktyabrın 7-nə bənzər əməliyyat keçirməyə çalışırdı

Hersoqun iddiası: Hizbullah komandirləri oktyabrın 7-nə bənzər əməliyyat keçirməyə çalışırdı

 Sionist rejimin prezidenti Beyruta hücumlarda şəhid olan Hizbullah komandirlərinin oktyabrın 7-də Qəzzada keçirilən əməliyyata bənzər bir əməliyyat keçirməyi planlaşdırdıqlarını iddia edib.

Əl Aləm telekanalının məlumatına əsasən, İshaq Hersoq dünən axşam (22 sentyabr) deyib: Hizbullah hər gün bizə hücum edir, kənd və şəhərlərimizi bombalayıb viran edir və 100 min israillinin didərgin düşməsinə səbəb olub.

Qeyd edək ki, Livan Hizbullahı dünən səhər saatlarında Rafale silah istehsalı şirkətin İsrail hərbi obyektlərini Fadi 1 və Fadi 2 raketləri ilə hədəfə aldığını elan etmişdi.

Sionist rejimin mediası da bazar günü səhər xəbər verib ki, Livandan 120-yə yaxın raket atılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 10 =