Hersoqun Türkiyə səfəri ilə bağlı Səadət Partiyasının bəyanatı: Fələstinə xəyanətə son qoyun!

Hersoqun Türkiyə səfəri ilə bağlı Səadət Partiyasının bəyanatı: Fələstinə xəyanətə son qoyun!

Türkiyənin Xoşbəxtlik Partiyasından verilən açıqlamada deyilir:

 Biz Türkiyə Prezidentinin 2013-cü ildə söz verdiyi və heç vaxt yerinə yetirmədiyi Qəzzəyə səfərini gözləyərkən, Fələstin xalqının qatillərinin ölkəmizə dəvət edilməsi qətiyyən qəbuledilməzdir.

Türkiyənin Səadət Partiyası İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə səfərinə sərt reaksiya verib.

Partiya üzvləri ölkə daxilində birgə bəyanat yayaraq onun Türkiyəyə səfərini “biabırçılıq” adlandırıblar.

Onlar “Hersoqu ölkəmizdə istəmirik” şüarı ilə bir yerə toplaşıb Türkiyə şəhərlərinin mühüm meydanlarında bəyanat oxuyublar.

Bəyanatda deyilir: “Biz anormallıqların normallaşma kimi təqdim edilməsini rədd edirik. Qüdsü və Qəzzəni bombalayan, çirkli ayaqqabıları ilə Məscidül-Əqsanı birinci qibləmizi murdarlayan, uşaq, qadın, qoca olmaqla məzlumları qətlə yetirənlərin ölkəmizdə yeri yoxdur və olmayacaq!”

Səadət partiyasının üzvləri Ərdoğanın (Baş nazir olduğu dövrdə Davosda sionist rejimə) “One minute” reaksiyasına işarə edərək bəyanata davam edib və Ərdoğandan soruşublar: “Bəs, “One minute”-a nə oldu?”

Bu gün nə dəyişdi? Nə dəyişdi ki, belə bir dəvət baş tutdu? Bu “Hersoq” adlı adamla “Netanyahu” adlı qatil arasında nə fərq var? Yoxsa, Fələstində müsəlman qardaşlarımıza edilən zülm bitdimi? Qəzzənin mühasirəsi götürülübmü?

Bəyanatda “normallaşma”nın mümkün olmadığı və sionist rejimlə normallaşmanın Türkiyə üçün “fələstinlilərə xəyanət” olduğu bildirilib.

Bəyanatda daha sonra belə bir hərəkətin heç bir şəkildə Ərdoğana yaraşmadığı və hökumətin onların xəbərdarlıqlarına məhəl qoymadığı bildirilib:

Heç olmasa bu səhvə son verin. Hersoqun Türkiyə səfəri başa çatmalı və o, burdan rədd olub ölkəmizi tərk etməlidir.

Qeyd edək ki, İshaq Hersoq ikitərəfli əlaqələrin inkişafı və dərinləşdirilməsini müzakirə etmək məqsədilə müxtəlif türk rəsmiləri ilə görüşmək üçün çərşənbə günü Türkiyəyə iki günlük səfər edib. Səfər Türkiyə prezidentinin rəsmi dəvəti ilə baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =