Heydər Əliyev sarayının yanında QƏZA: “CİP” mağazaya girdi
Heydər Əliyev sarayının yaxınlığında “Mitsubishi Pajero” və “Toyota Prius” markalı avtomobillər toqquşub.
APA TV Lent.az-a istinadən xəbər verir ki, zərbənin təsirindən “Mitsubishi Pajero” markalı avtomobil yol kənarındakı telefon aksesuarları mağazasına çırpılıb. Nəticədə mağazanın qapısı və şüşələri sınıb. Avtomobillərə də ciddi ziyan dəyib.
Apa.az