Hikmət Hacıyev Aİ səfirləri ilə görüşüb

Hikmət Hacıyev Aİ səfirləri ilə görüşüb

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tvitter hesabında bildirib.

“Ədalətli və dayanıqlı sülhə gedən yol barəsində Aİ və tərəfdaşlarla dəyərli müzakirələrə görə Hikmət Hacıyevə təşəkkür edirəm.

Almaniya hər iki münaqişə tərəfinin sülhə mümkün qədər tez çatması üçün dəstək verməyə sadiqliyini təsdiqləyir”, – alman diplomat qeyd edib.

BAKU.WS 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 18 =