Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşdü

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşdü

“İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla müzakirələrimiz çox xoş keçdi”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şəxsi “Twitter” hesabında bildirib.

“İki ölkə arasında mehriban qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, – H.Hacıyev vurğulayıb.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − fifteen =