Hikmət Hacıyev: “Qonşu ölkələrlə əlaqələr Azərbaycan üçün prioritet sayılır”

Hikmət Hacıyev: “Qonşu ölkələrlə əlaqələr Azərbaycan üçün prioritet sayılır”

“Azərbaycan Prezidenti Tehran-Bakı münasibətlərini yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağı təklif edib”.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu sözləri ILNA agentliyinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev İranla əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafı üçün yeni yollar və perspektivlərin nəzərdən keçirildiyini açıqlayıb.

O bildirib ki, qonşu ölkələrlə əlaqələr Azərbaycan üçün prioritet sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × five =