Hikmət Hacıyev: “Şarl Mişelin rolunu yüksək qiymətləndiririk”
Biz prezident Şarl Mişel və komandasının Ermənistan – Azərbaycan ikitərəfli sülh müqaviləsi danışıqlarını və dövlətlərarası normallaşmanı asanlaşdırmaq üçün rolunu yüksək qiymətləndiririk.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”, – deyə H.Hacıyev vurğulayıb.
BAKU.WS