Hindistan Britaniyadan müstəqilliyinin 75-ci ildönümünü qeyd edir

Hindistan Britaniyadan müstəqilliyinin 75-ci ildönümünü qeyd edir

Hindistan bazar ertəsi əsas milli bayramlardan birini – Müstəqillik Gününü qeyd edir.

Trend xəbər verir ki, bu il ölkənin Britaniya müstəmləkəçiliyindən azad edilməsinin 75-ci ildönümüdür.

1947-ci il avqustun 15-də, müstəqil Hindistanın ilk baş naziri Cəvahirləl Nehru İngilis müstəmləkəçilərinin ölkədən getməsinin simvoluna çevrilmiş üçrəngli bayrağı Yeni Dehlidəki Qırmızı Qala üzərində qaldırdı.

Bazar ertəsi ölkədə istirahət günü elan edilib.

Artıq ölkənin müxtəlif yerlərində əlamətdar tarix münasibətilə geniş miqyaslı şənliklər keçirilir.

Trend. az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + nine =