Hindistan Ciddədə keçirilən görüşdə Ukrayna ilə bağlı təkliflərini açıqlayıb

Hindistan Ciddədə keçirilən görüşdə Ukrayna ilə bağlı təkliflərini açıqlayıb

Hindistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Kumar Doval Ciddədə keçirilən görüşdə Ukrayna ilə bağlı təklifləri açıqlayıb.

APA xəbər verir ki, bu barədə “The Times of India” nəşri yazıb.

Doval qeyd edib ki, təkliflərin hər birinin müsbət tərəfləri var, lakin heç biri həm Moskva, həm də Kiyev üçün eyni zamanda uyğun deyil.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında keçirilmiş danışıqların iştirakçılarının qarşısında iki vəzifə var idi ki, bunların biri vəziyyəti nizamlamaq, digəri isə münaqişənin nəticələrini aradan qaldırmaq idi.

“Rusiya və Ukrayna istiqamətində eyni anda işlər görülməlidir və bunu təmin etmək üçün daha ciddi işləmək lazımdır”, -Doval bildirib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =