Hindistan Kəşmirdə mülki şəxsləri öldürdüyünü etiraf etdi
Hindistan ordusunun mətbuat katibi, polkovnik Rajesh Kalia Kəşmirdə öldürülən mülki şəxslər barəsində açıqlama verib.
Polkovnik açıqlamasında bildirib ki, hadisə səhvən baş verib və hazırda bununla bağlı istintaq başladılıb.
İstintaqın nəticəsinə uyğun olaraq hüquqi qiymətin də veriləcəyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, sözügedən şəxslərin Pakistandan göndərilən terrorçular olduğundan şübhələnilib.
Maide.az