Hindistan özünün tank əleyhinə raketini sınaqdan keçirib

Hindistan özünün tank əleyhinə raketini sınaqdan keçirib

Hindistan Ordusu və Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatı öz istehsalı olan tank əleyhinə idarə olunan raketi sınaqdan keçirib.

“Report” xəbər verir ki, bu barədə NDTV televiziya şirkəti məlumat yayıb.

Sınaqlar iyunun 28-də Maharaştra ştatındakı təlim poliqonunda baş tutub. Atış “Arjun” döyüş tankından həyata keçirilib.

Qeyd olunub ki, sınaqlar uğurla başa çatıb. Telemetriya sistemləri raketin qənaətbəxş uçuş performansını qeydə alıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =