Hindistan Ukraynaya dəvət göndərməkdən imtina etdi

Hindistan Ukraynaya dəvət göndərməkdən imtina etdi

Ukrayna Nyu-Dehlidə keçiriləcək G20 sammitinə dəvətlilər siyahısına daxil edilməyib.

Publika.az xəbər verir ki, bunu brifinq zamanı Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Baqçi deyib.

“G20 üzvləri və xüsusi dəvət etməyi planlaşdırdığımız ölkələr açıqlandı. Mən Ukraynanın bu siyahıda olduğunu düşünmürəm”, – deyə RİA Novosti onun sözlərindən sitat gətirir.

Dövlət və hökumət başçıları səviyyəsində G20 sammitinin 9-10 sentyabr 2023-cü ildə Nyu-Dehlidə keçirilməsi planlaşdırılır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + nine =