Hindistanda avtobus dərəyə aşıb, 10 nəfər ölüb, 55 nəfər xəsarət alıb

Hindistanda avtobus dərəyə aşıb, 10 nəfər ölüb, 55 nəfər xəsarət alıb

Hindistanın şimalında Cammu-Srinaqar şossesində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 10 nəfər ölüb, 55 nəfər xəsarət alıb.

“Report” yerli “ANI” agentliyinə istinadən xəbər verir ki, xəsarət alanlar tibb müəssisələrinə təxliyə edilib.

Xilasetmə əməliyyatlarında hərbi birləşmələr və Fövqəladə Hallara Qarşı Dövlət Xidməti cəlb olunub.

Bildirilir ki, avtobusda icazə veriləndən daha çox sərnişin olub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + seventeen =