Hindistanda məhkəmə binasında partlayış, 2 ölü, 5 yaralı
Hindistanda Ludxiana şəhərində məhkəmə binasında partlayış olub.
“Qafqazinfo” “NDTV” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb.
İlkin məlumata görə, partlayış binanın 3-cü mərtəbəsində baş verib. Hazırda hadisə yerində polis və xilasedicilər çalışır.
Qafqazinfo.az