Hindistanda öküz və inəyin toyuna 27 min dollar xərclədilər (Foto)

Mərasimə 300-dən çox insan dəvət edilib.

Hindistanın qərbində Hucarat ştatında sahibləri öküz və inəyin toyuna 27 min dollar pul xərcləyiblər.

Yerli kəndlərin birində keçirilən mərasimə 300-dən çox insan dəvət edilmişdir.

Heyvanların sahibləri bildiriblər ki, təmtərahlı toy mərasiminin səbəbi inəklərin Hindistan mədəniyyəti və ölkə vətəndaşları üçün böyük əhəmiyyət kəsb etməsinin göstərilməsidir.

Qonaqlar Arcun ləqəbli bəyi və Punam ləqəbli gəlini orkestrla qarşılayıblar. Heyvanları məclisə avtomobildə gətiriblər.

Gəlinin (Punam) sahibi qeyd edib ki, ona öz qızı kimi yanaşır:

“Mən inəklərlə 30 ildən çoxdur ki yaşayıram. Bu heyvanların nəyə layiq olduqlarını dəqiqliklə bilirəm”, – Punamın sahibi deyib.

Toy mərasimi Hindistan milli adət-ənənələrinə uyğu keçirilib. (Oxu.az)

okuz

okiz

okuz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + fifteen =