Hindistanda prezident seçkilərində Draupadi Murmu qalib gəlib

Hindistanda prezident seçkilərində Draupadi Murmu qalib gəlib

Hindistanda keçirilən prezident seçkilərində Draupadi Murmu qalib gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, hakim Hindistan Xalq Partiyasının rəhbərlik etdiyi Milli Demokratik Alyansın namizədi Draupadi Murmu Hindistanın yeni 15-ci prezidenti olub.

Səslərin sayılması hələ də davam edir, lakin Murmu üç turdan sonra səslərin 50%-dən çoxunu qazanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 19 =