Hindistanda qanunsuzluqlardan yazan jurnalist diri-diri yandırılıb

Hindistanda qanunsuzluqlardan yazan jurnalist diri-diri yandırılıb

Hindistanın Uttar Pradeş ştatının Balrampur şəhərində Rakeş Sinqh adlı jurnalist 3 naməlum şəxs tərəfindən diri-diri yandırılaraq öldürülüb.

“Report” xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.

R.Sinqh yerli məmurların qanunsuz fəaliyyətindən, rüşvətxorluq və korrupsiya əməllərindən yazdığı üçün bu hücuma məruz qalıb.

Polisin məlumatına görə, hücum edənlərdən biri günəş batereyalarının quraşdırılması ilə məşğul olan Suşila Devinin oğlu Keşvanand Mişradır.

Cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Qeyd edək ki, Rakeş Sinqh bu il Hindistanda peşə fəaliyyətinə görə İsravel Moses, Paraq Bhuyan və Şubham Tripasidən sonra öldürülən 4-cü jurnalistdir.

Rakeş Sinqh

Rakeş Sinqh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + eight =