Hindistanda qatar qəzaya uğrayıb, 3 nəfər ölüb

Hindistanda qatar qəzaya uğrayıb, 3 nəfər ölüb

Hindistanın şərqində yerləşən Odişa ştatında qatarın qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər ağır xəsarətlər alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Hindu” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə Caypur şəhəri yaxınlığında yerləşən Koray dəmir yolu stansiyasında baş verib. Burada yük qatarının 8 vaqonu relsdən çıxıb və çox sayda sərnişinin olduğu gözləmə zalına çırpılıb.

Dəmiryolunun bu hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 5 =