Hindistanda qatar relsdən çıxdı, ölənlər var
Hindistanın Qərbi Benqal vilayətində Quvahati-Bikaner marşrutu ilə hərəkət edən sərnişin qatarı relslərdən çıxıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə üç nəfər həyatını itirib.
Qatarın ən azı dörd vaqonunun relsdən çıxdığı bildirilir. Hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım xidməti cəlb edilib.
Qafqazinfo.az