Hirkan meşələrinin UNESCO-nun İrs Siyahısına salınması üçün ilkin müzakirələrin vaxtı açıqlanıb
“Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması üçün nominasiya sənədi bu ilin yanvar ayında qurumun Ümumdünya İrs Komitəsinə təqdim olunub”.
Bunu APA-ya Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev deyib. O bildirib ki, nominasiya sənədi artıq UNESCO tərəfindən qəbul olunub: ”Bu ilin noyabr ayında Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) missiyası Hirkan meşələrinə yerində baxış keçirmək üçün ölkəmizə səfərə gəlib. Missiya çərçivəsində Hirkan meşələrinə baxış keçirilib. Gələn ilin yanvar ayında nominasiya sənədinin ilkin müzakirəsi aparılacaq. İyul ayında Ümumdünya İrs Komitəsinin növbəti iclasında Hirkan meşələrinin UNESCO-nun təbii irs siyahısına daxil edilməsi məsələsinə baxılacaq və müzakirə olunacaq”.
Apa.az