Hişam Əbu Həvaş sionist xəstəxanasında covidə yoluxub

Hişam Əbu Həvaş sionist xəstəxanasında covidə yoluxub

1948-ci ildə işğal olunmuş ərazilərdəki sionist xəstəxanası fələstinli məhbus Hişam Əbu Həvaşın Covidə yoluxduğunu bildirib.

Əl-Mənar telekanalının məlumatına görə, fələstinli məhbus Hişam Əbu Həvaşın müalicə olunduğu 1948-ci ildə işğal olunmuş ərazilərdəki sionist xəstəxanası onun koronavirusa tutulduğunu açıqlayıb.

Əbu Həvaş inzibati həbsinə etiraz olaraq 141 gün aclıq aksiyası keçirib və təxminən 12 gün əvvəl (və sionist hakimiyyət orqanları onun tələbi ilə razılaşdıqdan sonra) aclıq aksiyasına son qoyub.

Fələstinli Əsirlər Dərnəyi 2020-ci ilin aprelindən bəri İsrail həbsxanalarında Coviddən əziyyət çəkən fələstinli məhbusların sayının 410-a çatdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − three =