Hitlerin intihardan əvvəlki son saatları: “Əsgərlərim vuruşmaq istəmir”
Rusiya Federal Təhlükəsizlik Xidməti Adolf Hitlerin intiharı ilə bağlı arxiv sənədlərini dərc edib.
Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumatına görə, bu sənədlər Hitlerin şəxsi pilotu Hans Baurun xatirəsi əsasında hazırlanıb.
Baurun dediyinə görə, 1945-ci il aprelin sonlarına doğru Hitlerin ətrafı onun planları barədə məlumatı yox idi.
Pilot deyir ki, intihara 2 saat qalmış Hitler Baurun Rembrandtın çəkdiyi bir tablo ilə mükafatlandırıb. Pilotun dediyinə görə, həmin vaxt Hitlerin əlləri əsirdi.
O, Baura belə demişdi: “Əsgərlərim artıq vuruşmaq istəmirlər, mən də onları məcbur etmirəm”.
Baur onu da bildirib ki, o, bunkeri aprelin 30-u axşam 6-7radələrində tərk edib. Və ora axşam saat 9-da qayıdıb. Həmin vaxt Hitler və onun sevgilisi Yeva artıq ölü idilər.
Lent.az