Hizbuallah hərəkatı İsrailin hərbi qərargahlarını PUA-larla çəkərək yayımlayıb (VİDEO)

Hizbuallah hərəkatı İsrailin hərbi qərargahlarını PUA-larla çəkərək yayımlayıb (VİDEO)

Hizbullah, son günlərdə çəkildiyi deyilən İsrailin qərargahlarının havadan görüntülərini yayımlayıb.

SalamNews xəbər verir ki, Livanın əl-Mənar telekanalı Hizbullah tərəfindən PUA-larla çəkilən videoları yayımlayıb.

Bildirilib ki, çəkilişlər Hizbullahın PUA-ları ilə həyata keçirilib və daha sonra PUA-lar İsrail tərəfinin xəbəri olmadan Livana qayıdıblar.

Bu çəkilişlərdə İsrailin işğal etdiyi Məzare-Şəba bölgəsində iki mühüm hərbi qərargahın səmadan görüntüləri yer alıb.

Hizbullah bu çəkilişlərin hansı zamana aid olduğunu açıqlamayıb.

https://www.youtube.com/watch?v=Wa9L3m7YP-Q&feature=emb_logo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 2 =