“Hizbullah” “Ənsarullah”a dəstək oldu

“Hizbullah” “Ənsarullah”a dəstək oldu

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın “Hizbullah” hərəkatı Yəmənin “Ənsarullah” hərəkatı ilə bağlı bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, “Hizbullah” Yəmənin “Ənsarullah” hərəkatı ilə həmrəydir.

“Biz ABŞ-ın “Ənsarullah” hərəkatını terrorçu qruplaşma elan etməsini qınayırıq. “Ənsarullah” hazırda Yəmən hökumətində də təmsil olunan siyasi və ictimai təşkilatdır”, – deyə bəyanatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, ABŞ bölgədə məğlub olduğu üçün intiqamı müqavimət cəbhəsindən almağa çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − 2 =