Hizbullah 5 sionist bazasını hədəfə alıb

Livan Hizbullahı bazar ertəsi verdiyi bəyanatda sionistlərin beş sərhədyanı bazasını “birbaşa” hədəfə aldığını açıqlayıb.
İRNA-nın məlumatına görə, Livan Hizbullahı bazar ertəsi axşam bəyanat verərək elan edib ki, müqavimət qüvvələri sionist ordusunun sərhəd yaxınlığındakı 5 bazasına; Miskaf Aam, Xirbat Al-Manara, Hermon, Rişa və Ramiyaya birbaşa hücum edib və düşməni hədəfə alıb. Düşmən itkilər verib.
Livan_Hizbullahı öz bəyanatında müqavimət qüvvələrinin bu hücumunda bir neçə sionistin öldürüldüyünü vurğulayıb.
Livan müqaviməti sionist rejimin bu 5 qərargahını “uyğun və birbaşa silahlarla” hədəfə aldığını bildirib.