Hizbullah Birəs-Səbə əməliyyatı münasibətilə təbrik deyib

Livanın Hizbullah hərəkatı çərşənbə günü axşam bəyanat yayaraq, Birəs-Səbə əməliyyatı münasibətilə təbrik demiş və müqaviməti Fələstin xalqını xilas etməyin yeganə yolu adlandırmışdır.
İbrani xəbər mənbələri çərşənbə axşamı günortadan sonra bildiriblər ki, Fələstinin cənubundakı Birəs-Səbə şəhərində bıçaqlı hücum zamanı 4 sionist həlak olub, ikisi isə yaralanıb.
Livanın Hizbullah hərəkatı çərşənbə günü axşam bəyanat yayaraq, “Şəhid Məhəmməd Əbülqəyanın Birəs-Səbə bölgəsində həyata keçirdiyi cəsarətli və şəhadət əməliyyatını” təbrik edib.
Hərəkat vurğulayıb ki, bu əməliyyat işğalı qəbul etməyən Fələstin xalqındakı cihad ruhu və köklü müqavimətin əsl ifadəsidir.
Hizbullah Fələstin xalqını və müqavimət qruplarını bu əməliyyat münasibətilə təbrik edib və vurğulayıb ki, müqavimət və onun Fələstindəki variantları dənizdən quruya qədər qələbə və tam qurtuluşun yeganə yoludur.
Bununla bağlı HƏMAS hərəkatının sözçüsü Əbdüllətif Əl-Qanu əməliyyatı yüksək qiymətləndirərək deyib: “Müqavimətin vəziyyəti Fələstin xalqının sionist rejimin cinayətləri ilə üzləşmək üçün dinamik halda olduğunu göstərir.”
Əl-Qanu sionist işğalçıya qarşı müharibənin davam etdiyini və onunla münaqişənin dayanmayacağını və bu əməliyyatın “Qüds Qılıncı” əməliyyatının nəticəsi olduğunu vurğulayıb.
İslami Cihad hərəkatının sözçüsü Tariq Səlmi əməliyyata reaksiya verərək vurğulayıb ki, müqavimət sionist rejimə qarşı çəkindirməyə səbəb olub.
Salmi bu əməliyyatın sionist rejimin Əl-Nəqib bölgəsində törətdiyi cinayətlərə təbii cavab olduğunu bildirib və deyib: “İsrail bir daha anlayacaq ki, millətimiz təslim olmayacaq və cihad və müqavimət bayrağı yerə enməyəcək.
Fələstin Xalq Cəbhəsinin üzvü Mahmud Ər-Rəs deyib: “Harada sionist məskunlaşma terroru varsa, onu dayandırmaq üçün müqavimətdən başqa, heç bir yol yoxdur.”