Hizbullah bir saat ərzində sionist rejim mövqelərinə 5 hücum edib
Livan Hizbullah Hərəkatı son bəyanatında sionist rejim ordusunun işğal olunmuş ərazilərin şimal bölgələrindəki mövqelərinə yeni hücumları barədə məlumat verib.Hizbullah Hərəkatının İnformasiya Ofisi bildirib:
Qəzza zolağındakı Fələstin xalqına, onların cəsur müqavimət qruplarına dəstək olaraq, İslami Müqavimət döyüşçüləri 3 sentyabr 2024-cü ildə saat 15:05-də işğal altındakı Şəba ərazisində Ərradar mövqelərini top mərmiləri ilə hədəfə alıblar.Bu hücumdan sonra Hizbullah işğal altındakı Kefrşuba məntəqəsini, Al-Asi mövqeyində mövcud texniki sistemləri, Ar-Rahab və Al-Carda mövqeyində mövcud olan casusluq avadanlıqlarını hədəf alıb.
Hizbullahın PUA hücumundan sonra sionistlər yaşayan qəsəbələrdə həyəcan siqnalları da işə düşüb.