Hizbullah: Biz Fələstin xalqının və müqavimətin yanındayıq

Hizbullah: Biz Fələstin xalqının və müqavimətin yanındayıq

Livan Hizbullahı İslami Cihad hərəkatına sionist rejimin Qəzzə zolağına hücumlarında Təysir Əl-Cəbəri və bir sıra səhra komandirlərinin şəhadətinə görə başsağlığı verib.

Livan Hizbullahı cümə günü verdiyi bəyanatda “Fələstin müqavimətinin bütün qruplarının həmrəyliyini” və “düşmən üzərində qələbənin əsas amili olan birliyi” tərifləyib və məzlum Fələstin xalqına daimi dəstəyini açıq şəkildə bəyan edib.

Hizbullahın bəyanatının tam mətni:

Hizbullah böyük cihad komandiri Təysir Əl-Cəbəri və onun bir sıra səhra komandirlərinin şəhadəti ilə bağlı İslami Cihad hərəkatına başsağlığı verir.

Uzun illər müqavimət göstərdikləri müddətdə müqavimətə onlarla şəhid komandirlər verən əziz Fələstin xalqını İsrailin bu mənfur və xain cinayəti zəiflətməyəcək, əksinə qələbə və qurtuluş yolunu davam etdirmək əzmini artıracaq.

Hizbullah Fələstin müqavimətinin bütün qruplarının həmrəyliyini tərifləməklə yanaşı, düşmən üzərində qələbənin əsas amili olan birliyə, məzlum Fələstin xalqına daimi və qətiyyətli dəstəyinə və onların öz torpaqlarının və məhbuslarını azad edilməsi üçün cəsur müqavimətinə diqqət çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =