Hizbullah: Biz qurudan, dənizdən və ya havadan istənilən kompromislərə qarşıyıq

Hizbullah: Biz qurudan, dənizdən və ya havadan istənilən kompromislərə qarşıyıq

Livan Hizbullahının baş katibinin müavini deyib: “Düşmənlərimiz Beyrutdakı ABŞ səfirliyində toplaşır və səfirlikdən müqavimətə zərbə vurmaq və müqaviməti tərksilah etmək əmri alırlar.”

Şeyx Nəim Qasim, Livandakı Hizbullah baş katibinin müavini parlament seçkilərinin vaxtında keçiriləcəyini vurğulayaraq, seçkilərin gecikdirilməsinin heç bir əsasının olmadığını bildirib. Həmçinin, ABŞ-ın Beyrutdakı səfirliyinin qarşıdan gələn Livan seçkilərinin Livandakı mövcud siyasi reallığı dəyişməyəcəyi qənaətinə gəldiyini bildirib.

“Düşmənlərimiz ABŞ səfirliyində görüşür və müqaviməti hədəf almaq və Hizbullahı tərksilah etmək üçün göstərişlər alırlar.”- deyə o, Əl-Məyadinə açıqlayıb.

Şeyx Nəim Qasim Livan müqavimətinə, xüsusilə Hizbullaha zərbə vurmaq üçün bəzi planlarının olduğunu vurğulayaraq əlavə edib: ABŞ-ın Beyrutdakı səfirliyi 17 oktyabr 2019-cu ildə Livanda baş verən etiraz aksiyalarından sui-istifadə edərək məqsədlərinə çatmağa çalışıb.

Seyid Həsən Nəsrullahın müavini bildirib: “Hizbullaha müxalif qrupun səslərin əksəriyyətini qazana bilməsi ehtimalı azdır, ona görə də Hizbullah səs çoxluğu əldə etməyə çalışmır, hadisələrə müsbət təsir göstərmək üçün balanslaşdırılmış mövcudluğa can atır.”

O, Livan-İsrail arasında dəniz sərhədlərinin demarkasiyası ilə bağlı dolayı danışıqlara toxunaraq bildirib ki, Livan hökumətinin bütövlükdə demarkasiya ilə bağlı dedikləri dəniz sərhədi ilə əlaqədardır.

O, həmçinin İran və Səudiyyə Ərəbistanı arasında hazırkı danışıqlara toxunaraq deyib: İran və Səudiyyə Ərəbistanı arasında dialoq müsbətdir və biz bunu təşviq və davam edəcəyinə ümid edirik.

Şeyx Nəim Qasim bildirib: Livan Suriya ilə normal münasibətlərinə qayıtmalıdır və köçkün suriyalıların öz ölkələrinə qayıtmasının artıq vaxtı çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 8 =