Hizbullah: Fələstin müqaviməti sionist rejimə ağrılı bir sillə vurdu

Hizbullah: Fələstin müqaviməti sionist rejimə ağrılı bir sillə vurdu

Livan Hizbullahı Ramullahda baş tutan bugünkü şəhadət əməliyyatına cavab olaraq vurğulayıb ki, bu əməliyyat müqavimət qüvvələrinin düşmənə zərbə vurmağa və onun cinayətlərinə uyğun vaxt və məkanda cavab verməyə hazır olduğunu göstərir.

Livanın Hizbullah hərəkatı, bu çərşənbə axşamı Sionist Müvəqqəti Rejim əsgərlərinin Cənin düşərgəsinə dünənki hücumları və sionistlərə müqavimətin bugünkü cavabı və dörd israillinin ölümü ilə nəticələnən əməliyyata münasibət bildirib.

Hizbullah bu təcavüzü pisləyib və şəhidlik əməliyyatını təbrik edib.

Əl-Mənar xəbər kanalı Hizbullaha istinadən xəbər verir ki, sionistlərin Cənin düşərgəsinə hücumları və düşmənin Fələstin xalqına qarşı vəhşi hərəkətləri və düşərgəyə dəfələrlə hücumları pislənilir və Cənindəki müqavimət qüvvələrinin qəhrəmancasına müqaviməti təqdirəlayiq hesab olunur.

Ramullahın şimalında keçirilən bugünkü əməliyyat sionist qüvvələrin ötən gün Cənin düşərgəsinə hücumuna cavab idi. Dünən səhər saatlarında Cənin düşərgəsi sionist hərbçilərlə Fələstin müqavimət qüvvələri arasında münaqişənin şahidi olub. Sionist əsgərlər axtarışda olan bəzi müqavimət qüvvələrini həbs etmək bəhanəsi ilə Cəninə hücum etmişdilər.

Sionistlər bu hücumu zamanı müqavimət qüvvələrinin gözlənilməz pusqusu ilə qarşılaşıb və nəticədə yeddi sionist əsgər yaralanıb.

Bu rejimin məmurları da bu münaqişədə biabırçı məğlubiyyətlərini etiraf ediblər.

Müqavimət qüvvələrinin işğalçı qüvvələrə gözlənilməz zərbəsini sionistlərə ağrılı şillə kimi qiymətləndirən Hizbullah müqavimət qüvvələrinin bu gün İsrailin Ramullahdakı “İli” qəsəbəsində həyata keçirdiyi əməliyyatın təqdirəlayiq olduğunu vurğulayıb.

Bu hərəkat bəyan edib ki, bu əməliyyat müqavimət qüvvələrinin düşmənə zərbə vurmağa, onun cinayətlərinə lazımi vaxtda və yerdə cavab verməyə hazır olduğunu göstərir.

 Dünən və bu gün baş verən qarşıdurmalar Fələstin müqavimətinin ayıqlığına və onun Fələstin millətinin və müqəddəs hesab etdiy şeylərin müdafiəsi sahəsində daimi iştirakına dəlalət edir və onun düşmənə dərs verməyə qadir olduğunu göstərir.

Biri HƏMAS hərəkatının üzvü olan üç fələstinli gənc bu gün günorta İli qəsəbəsində sionistlərə atəş açıb, nəticədə dörd sionist ölüb üçü isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =