Hizbullah Fələstinin bu təşkilatını təbrik etdi

Hizbullah Fələstinin bu təşkilatını təbrik etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, dünən Fələstin İslami Cihad hərəkatının milli və xarici əlaqələr rəhbəri Şəkib Əl-Eyna Sidonda Sidon bölgəsinin nümayəndəsi Şeyx Zeyd Zahir, Eyn Əl-Həlva şöbəsinin rəhbəri Əli Əl-Zino və Sidon şöbəsinin rəhbəri Arif Həmid də daxil olmaqla, Hizbullahdan gələn bir heyəti qəbul edib.

Bu görüşdə Şeyx Zahir, Hizbullah tərəfindən Fələstin xalqını və İslam Cihadı hərəkatını sionist rejimin zindanından qaçan 6 fələstinli əsirin qəhrəmanlıq nümayişi münasibətilə təbrik edərək deyib: “Bu hadisə İslam ümmətini qürurlandırdı və bu, hər bir azad və şərəfli insanın qürurudur.”

Şəkib Əl-Eyna, öz növbəsində, Hizbullah nümayəndə heyətinə təşəkkür etmiş və baş verənlərin bütün Ərəb və İslam dünyası xalqlarının və müqavimət qüvvələrinin zəfəri olduğunu bildirərək Fələstin-Livan müqavimət yolunun bir olmasını vurğulamışdır. Onun sözlərinə görə İsrailin qürur duyduğu İsrailin dəmir xəzinəsindən daha da güclü olan “Gilboa” həbsxanasında yüksək təhlükəsizlik tədbirləri görüldüyü üçün Fələstinli əsirlərin oradan qaçması müqavimət üçün böyük bir qələbə və işğalçı rejim üçün isə ən böyük rüsvayçılıqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 13 =