Hizbullah hərəkatının lideri Ayətullah Xameneiyə başsağlığı verib

Hizbullah hərəkatının lideri Ayətullah Xameneiyə başsağlığı verib

Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneiyə başsağlığı verib.

Hizbullah lideri İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun komandan müavini Məhəmməd Hicazinin vəfatı ilə bağlı Ayətullah Xameneiyə başsağlığı mesajı ünvanlayıb.

Başsağlığında bildirilib:

“Məhəmməd Hicazının cihad səhnəsində və müqavimət hərəkatlarının ona çox ehtiyaclı olduğu halda vəfat etməsi bizi kədərləndirib. O uzun illər bilikli, çalışqan və hikmətli komandir kimi bizim yanımınzda olub. O böyük qardaş, möhkəm dayaq, vəfalı fədakar, əxlaqda və düşüncədə bir nümunə idi.”

Qeyd edək ki, Sepah 65 yaşlı Məhəmməd Hicazının İraq-İran müharibəsi dönəmində kimyəvi bombalardan zəhərlənməsi səbəbindən müntəzəm müalicə aldığını və bu səbəbdən də vəfat etdiyini bildirib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 5 =