Hizbullah: Hər hansı bir axmaqlığa dağıdıcı cavab verəcəyik

Hizbullah: Hər hansı bir axmaqlığa dağıdıcı cavab verəcəyik

Sionist rejim rəsmilərinin iddialı çıxışları fonunda Livan Hizbullahı BMT sülhməramlı qüvvələrinin Təl-Əvivdə hər hansı bir axmaqlığı müqabilində kəskin reaksiya verəcəyi barədə xəbərdarlıq edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Ynet İvrit internet saytı bu gün (27 iyul) verdiyi xəbərdə Hizbullahın İsrailin axmaqlığına sarsıdıcı cavab verəcəyini BMT-yə elan etdiyini deyib.

Sionist rejim mediaları Livan mənbələrinə istinadən xəbər verir ki, Hizbullah Livanın cənubunda sülhün qorunması ilə məşğul olan beynəlxalq sülhməramlı qüvvə sayılan UNIFIL-i məlumatlandıraraq elan edib ki, Hərəkat  hətta müharibənin başlaması bahasına olsa belə, İsrailin axmaq rəftarlarına, dağıdıcı cavab verəcək.

Qeyd edək ki, Məcdələş Şəms hadisəsindən bir neçə saat sonra ABŞ-dakı tətilini belə kəsmək istəməyən baş nazir Benyamin Netanyahu yeni ritorika ilə Hizbullahın bu hücumunun ağır bədəlini ödəyəcəyini iddia etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 5 =