Hizbullah: Hacı Qasimin komandanlığı altında müqavimət oxu ümidləri bərpa etdi
Livan Hizbullahının İcraiyyə Şurasının rəhbəri Əl-Cəzirə Müxalifət Dərnəyinin bu gün Beyrutda səudiyyəli şiə ruhanisi Şeyx Nimrin şəhadətinin altıncı ildönümü ilə bağlı keçirilən iclasında vurğulayıb:
Hacı Qasım Süleymani müqavimət oxunu İslam ümmətinin kimliyinin nicatı yoluna istiqamətləndirib.
Livanlılar bu gün Beyrutun cənubunda səudiyyəli şiə ruhani Şeyx Nimr Baqir Ən-Nimrin şəhadətinin altıncı ildönümü ilə bağlı xüsusi toplantı keçiriblər.
Şeyx Nimr səudiyyəli şiə din xadimi xalqı Ali-Səud hökumətini devirməyə dəvət, hakimiyyətlə müxalifət və inhirafçı əqidəyə sahib olmaqda ittiham edilərək ölümə məhkum olunub.
Bu böyük şiə ruhanisinin 2016-cı il yanvarın 3-də edam edilməsi regionda və onun hüdudlarından kənarda ciddi etirazlarla qarşılandı.
Şəhid Şeyx Nimrə keçirilən anım mərasimində Livan və regionun bir sıra siyasi, dini və mədəniyyət xadimləri, həmçinin Səudiyyə müxalifətinin nümayəndələri iştirak ediblər. Şeyx Səfiyəddin Ali-Səudun rüsvay edilməsini dini, əxlaqi və milli vəzifə adlandırıb və deyib: Ali-Səud oğulları bütün region ölkələrinə müdaxilə edirlər.
O, əlavə edib: “Səslər ucaldılmalı və Ali-Səudun bu regionun xalqları və ölkələrinə hökmranlıq etmələrini, onları məhv və təqib etmələrini dayandırması söylənməlidir.”
Yəməndə 23 min dinc sakin şəhid olub, bir milyondan çox insan yaralanıb və biz məzlumları müdafiə etməkdən danışanda onlar Səudiyyə Ərəbistanının işlərinə qarışmayın deyirlər.
Hizbullah rəsmisi vurğulayıb: Səudiyyə Ərəbistanı ərəb və islam xalqlarına zorakılıqdan əl çəkməlidir, o, Qarunun mülkünə sahib olsa belə, Firon kimi rəftar edə bilməz.