Hizbullah hücumlarından sonra sionist dairələr müharibə nazirini tənqid atəşinə tutur
Sionist rəsmilər və ekspertlər Hizbullah hücumlarından sonra işğal altındakı Fələstinin şimal cəbhəsinin xaotik vəziyyətinə görə Nazirlər Kabineti və yeni müharibə nazirini tənqid atəşinə tutub.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hizbullahın dünən (12 noyabr) işğal olunmuş Fələstinin şimalında və mərkəzində həyata keçirdiyi, Nəhariyyədə iki sionistin öldürülməsi ilə nəticələnən ölümcül hücumdan sonra sionist mediaları ilə bərabər digər rəsmilər Nazirlər Kabinetini və hökuməti tənqid atəşinə tutaraq bunun bir qələbə olmadığını, qələbə iddiaları ilə israillilərin başlarını qarışdıqlarını deyiblər.
Sionist rejimin keçmiş müharibə naziri və “İsrail bizim evimiz” partiyasının hazırkı rəhbəri Aviqdor Liberman “Hizbullah”ın dünənki hücumlarına cavab olaraq deyib: Hizbullahın bu hücumları bir daha sübut edir ki, İsrail siyasi baxımdan zəifdir.