Hizbullah işğal altındakı Fələstinə raketlər yağdırıb

Hizbullah işğal altındakı Fələstinə raketlər yağdırıb

Livan Hizbullahı işğal altındakı Fələstinin şimalını hədəfə alıb.

İRNA-nın verdiyi məlumata görə, bu gün səhər saatlarında (16 iyul) Livan tərəfdən işğalçı rejimin Əl-Cəlil bölgəsindəki mövqelərinə 50-dən çox raket atılıb.

Sionist rejimin mediası da Kiryat Şmona qəsəbəsinə doğru ən azı 13 raket atıldığını təsdiqləyib.

Məlumata görə bu hücumlar sionist rejimin Livanın cənub bölgələrinə təcavüzkarlıq cavabı olaraq həyata keçirilib və nəticədə 3 mülki şəxs həlak olub, daha 2 nəfər yaralanıb.

Kimlikləri açıqlanmayan bu üç vətəndaş İsrailin Livanın cənubundakı Bint Cbeil şəhərinə hücumu zamanı həlak olub.

Zaballah bu hücumlarda nəzərdə tutulan hədəflərin dəqiq və birbaşa vurulduğunu açıqlayıb.

Hizbullahla döyüş meydanında məğlub olan sionist rejim məğlubiyyətlərini kompensasiya etmək üçün Livanın cənubunda və işğal olunmuş Fələstinlə sərhəddə yaşayış məntəqələrini bombalayır.

Sionist rejimin Livanın cənubundakı yaşayış məntəqələrinə bu məqsədsiz hücumları zamanı çoxlu sayda insan həlak olub və yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 5 =