Hizbullah işğal altındakı Fələstinin şimalına raketlər yağdırıb

Əl Məyadeen telekanalı Livandan işğal olunmuş Fələstinin şimalına onlarla raket atıldığı barədə xəbər verib.
İRNA-nın verdiyi məlumata görə, dünən gecə (7 sentyabr) bu raketlər işğal olunmuş Fələstinin şimalındakı “İsba əl-Cəlil” bölgəsinə hecum edib. Bu hücum İsrail mediasının Kiryat Şmona, Moskav Aam, Əl Manara və Kfar Giladi yaşayış məntəqələrində xəbərdarlıq sirenlərinin səsləndiyini bildirməsindən bir neçə dəqiqə sonra elan edilib.
Məlumata görə İsrailin Livana hücumu zamanı müqavimətin 3 yardım qüvvəsinin qətlinə cavab olaraq həyata keçirilib.
Livanın Səhiyyə Nazirliyi də bu hücumda bu üç nəfərin ölümündən əlavə iki nəfərin də yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu açıqlayıb.