Hizbullah: İşğal olunmuş ərazilərin şimalına raket hücumu Təl-Əvivin cinayətlərinə cavab idi

Hizbullah: İşğal olunmuş ərazilərin şimalına raket hücumu Təl-Əvivin cinayətlərinə cavab idi

Livan Hizbullah Hərəkatı bazar ertəsi axşam saatlarında bəyanat yayaraq bildirib ki, bu bazar ertəsi axşam saatlarında işğal olunmuş Fələstinin şimalına genişmiqyaslı raket hücumu sionist rejim ordusunun Qəzzə xalqına qarşı soyqırımı və cinayətlərinə cavab, Fələstin xalqı və onun qəhrəmancasına müqavimətini dəstəkləmək, eləcə də düşmənin Livan xalqına qarşı cinayətləri ilə qarşılaşmaq məqsədi daşıyırdı.

Livan Hizbullahı bu gün (bazar ertəsi) işğal olunmuş Fələstin torpaqlarının şimalında yerləşən “Ayn Zeytim” bazasında 3-cü piyada briqadası, sionist ordunun 91-ci diviziyasının qərargahını onlarla raketlə hədəfə alıb.

Livan Hizbullahı vurğulayıb ki, bu hücum sionist rejimin Livanın cənubundakı kənd və evlərə təkrar hücumları və Sərifə, Udeysə və Rəb Səlasin şəhərlərinə son hücumlarına cavabdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − eleven =