Hizbullah İsrailə “Burkan”la cavab zərbəsi endirdi

Livan Hizbullahı döyüşçüləri Qərbi Əl-Cəlildə “Burkan” raketlərindən istifadə edərək İsrail hərbi obyektlərini darmadağın ediblər.
Məlumata görə, hücumda Cəl əl-Aləm yüksəkliyindəki radiolokasiya, həmçinin Avivim, Doviv və Şomera yaşayış məntəqələrindəki komanda-müşahidə məntəqələri, eləcə də kazarmalar hədəf alınıb.
Hizbullah qeyd edir ki, zərbə nəticəsində düşmənə Livan ərazisinə nəzarət etməyə imkan verən Misqav-am hərbi bazasında quraşdırılmış kəşfiyyat avadanlıqları sıradan çıxıb. Bu əməliyyatlar İsrailin Livanın 4 kəndinə hücumlarına cavab olaraq həyata keçirilib.