“Hizbullah” İsrail ərazisinə yeni zərbələr endirib

Livan müqaviməti İsrail ərazisinə növbəti zərbələr endirdiyini açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın “Telegram” kanalında məlumat verilib.
İsrailin şimal-qərbində yerləşən Akka şəhərindəki hərbi-sənaye müəssisəsi PUA hücumuna məruz qalıb.
Bundan başqa, İsrailin Livanla sərhəddə yerləşən Kiryat-Şmona şəhərinə də bir neçə raket atılıb.