Hizbullah İsrail hədəflərinə qarşı əməliyyatlarını gücləndirib

Hizbullah İsrail hədəflərinə qarşı əməliyyatlarını gücləndirib

Hizbullah Dəstək Cəbhəsinin yaranmasının ildönümündə İsrailin şimal sərhədindəki hərbi hədəflərə qarşı hücumlarını artırıb.

Hizbullah İsrailə qarşı əməliyyatlarını davam etdirir. Təşkilat işğal altındakı Şimali Fələstində fəaliyyətini genişləndirərkən, Cənubi Livanda İsrailin hücumlarına müqavimət göstərir.

Hizbullah Qəzzanı dəstəkləmək, Livanı müdafiə etmək və İsrailin mülki yaşayış məntəqələrinə hücumlarına cavab vermək üçün fəaliyyət göstərdiyini bildirir.

Əl-Meyadin televiziyasının məlumatına görə, Dəstək Cəbhəsinin yaradılmasının birinci ildönümü olan oktyabrın 8-də Hizbullah öz əməliyyatlarını sürətləndirib. Çərşənbə axşamı saat 12:05-də Şlomi qəsəbəsində İsrail qüvvələrinə raket atılıb. Təxminən eyni vaxtda Hanita qəsəbəsində də oxşar hücum həyata keçirilib.

Günorta saat 12:45-də əl-Mark bölgəsində toplaşan İsrail qüvvələri hədəfə alınıb. Səhər saat 05:00-da İsrail artilleriyasının Dişon və Daltondakı mövqeləri və Yaron qəsəbəsi ətrafındakı qüvvələr vurulub.

İsrail mediası Qərbi Qalileyanın Hanita, Ademet və Şlomi və Şimaldakı Kiryat Şmona şəhərlərində sirenlərin səsləndiyini bildirib.

Bazar ertəsi axşam Hizbullah 8200 hərbi kəşfiyyat bölməsinin Tel-Əviv yaxınlığındakı Qalilot bazasına raket zərbələri endirib.

Bildirilib ki, bu hücum İsrailin mülki şəxslərə qarşı hərəkətlərinə cavab olaraq həyata keçirilən Hayber əməliyyatlarının bir hissəsidir.

İsrail mediası Quş Dan bölgəsində şiddətli partlayışların olduğunu təsdiqləyib və bu, son 24 saatda Tel-Əvivə dördüncü hücum olub.

Ben Qurion hava limanına enməyə hazırlaşan təyyarələrin hücumdan sonra havada gözlədiyi bildirilib.

Hizbullahın son günlər Hayfa və ətrafını ağır raketlərlə hədəfə aldığı bildirilir. İsrail ordusu bu hücumlarda ən azı iki əsgərin öldüyünü, iyirmiyə yaxın əsgərin isə yaralandığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 10 =