Hizbullah İsrail yaşayış məntəqəsini 30 raketlə hədəfə alıb

Hizbullah İsrail yaşayış məntəqəsini 30 raketlə hədəfə alıb

İsrail mediası Livan müqavimətinin işğal altındakı Fələstinin şimalında İsrailin Kiryat Şmona qəsəbəsinə kütləvi hücumundan xəbər verib.

İsrail mənbələri bu gün səhər (çərşənbə) bildiriblər ki, bu hücumda ən azı bir sakin yaralanıb.

İsrail 12 telekanalı Kiryat Şmonaya ən azı 30 raket atıldığını bildirib.

İsrail mənbələri bəzi raketlərin bu qəsəbədəki bir neçə strukturu birbaşa vurduğunu göstərən görüntülər dərc edib.

Livan müqaviməti bu gün səhər saatlarında İsrail qırıcılarının Livanın cənubundakı Hibariyyə şəhərindəki “İslam Tibb Mərkəzi”nə hücumunun cavabsız qalmayacağını vurğulayıb.

Bu səhər İsrail qırıcıları Livanın cənubundakı bu tibb mərkəzini hədəfə alıblar, nəticədə azı 7 tibb işçisi və xəstə həlak olub, bir neçə nəfər yaralanıb.

Bir neçə dəqiqə sonra Hizbullah bəyanat verərək bu əməliyyatı İsrail ordusunun Hibariyyədə törətdiyi cinayətə cavab və Fələstin xalqına dəstək olaraq həyata keçirdiyini açıqlayıb.

Livan müqaviməti əlavə edib ki, onlar Kiryat Şmonanı və bu qəsəbədəki İsrail ordusunun 769-cu briqadasının komandanlığını onlarla raketlə hədəfə alıb.

İsrail mediası bildirir ki, 5 yanğınsöndürmə briqadası Kiryat Şmona qəsəbəsində Livandan atılan raket hücumundan sonra başlayan yanğını söndürməyə çalışır.

İsrail mənbələrindən verilən məlumata görə, bu qəsəbədəki fabrik hədəfə alınıb və itkin düşənlərin axtarışı davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × two =