Britaniyalı nazir: “Orta Dəhliz” anlayışı çox ciddi təklifdir

Britaniyalı nazir: “Orta Dəhliz” anlayışı çox ciddi təklifdir

“Orta Dəhliz” anlayışı çox ciddi təklifdir.

Bunu Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti APA-ya müsahibəsində deyib.

“Bizə aydındır ki, Cənubi Qafqazda daha yüksək dərəcədə əlaqələnmə çox məntiqli bir yanaşmadır. Əlbəttə ki, bu əlaqələnmə artıq mövcuddur və buna görə də Azərbaycan Avropa enerjisinin mühüm tədarükçüsüdür və uzun illərdir ki, bu belədir. Və təbii ki, Böyük Britaniyanın Azərbaycandakı iştirakı Avropanın enerji təchizatçısı kimi oynadığı çox mühüm rola görə mümkün oldu. Hesab edirəm ki, Azərbaycan və Cənubi Qafqaz Mərkəzi Asiya ilə Avropa arasında çox mühüm körpü rolunu oynayır. Əgər biz birlikdə infrastrukturu və əlaqəni təkmilləşdirə bilsək, istər boru kəmərləri, istər elektrik kabelləri, istərsə də ticarət və infrastruktur marşrutlarını yaxşılaşdıra bilsək, bütün regionlar bundan faydalanacaq. “Orta Dəhliz” anlayışı çox ciddi təklifdir və düşünürəm ki, bütün ölkələrə maraqlıdır”, – nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + one =